Bakı metropoliteninin "Nərimanov" stansiyasında hərəkətdə olan qatarın işıqlandırma blokunda texniki nasazlıq qeydə alınıb.
Bu barədə Far.Az-in sorğusuna cavab olaraq Bakı Metropoliteni QSC-dən bildirilib.
Qeyd olunub ki, normativlərə əsasən, sərnişinlər stansiyada düşürülərək qatar baxış üçün depoya yola salınıb, operativ şəkildə əvəzləyici qatar xəttə buraxılıb.
Hazırda bütün xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti təmin olunub.
***12:53
Metronun "Nəriman Nərimanov" stansiyasında qatarda tüstülənmə baş verib.
Bu barədə məlumat Far.Az-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, tüstülənmə səbəbindən bütün sərnişinlər düşürülüb.
Hadisə ilə bağlı aidiyyatı üzrə sorğu ünvanlanıb.