RU

Marselonun oğlu millidə ilk titulunu qazandı

Braziliya millisinin və “Real”ın sabiq müdafiəçisi Marselonun oğlu Entso Alves ilk beynəlxalq uğurunu əldə edib.

Msport.az xəbər verir ki, 16 yaşlı hücumçunun kapitanı olduğu İspaniyanın U-17 millisi beynəlaxq turnirin qalibi olub.

İspanlar Finlandiyaya qarşı keçirilən final matçında 7:0 hesabı ilə qalib gəlib. Entso Alves oyunda dubl edib. Bununla da o, İspaniya yığması ilə ilk titulunu qazanıb.

Qeyd edək ki, Entso Alves “Real”ın U-18 komandasında çıxış edir.

Избранный
20
1
msport.az

2Источники