RU

Rumıniya “Sahara” adlı yeni raket hazırlayıb

Rumıniya 50 metrlik ultra aşağı hündürlükdə uça bilən yeni “Sahara” raketi hazırlayıb.

Herbiand.az bildirir ki, bu barədə Rumıniyanın Stirile Pro TV televiziya kanalı ​​məlumat verib.

Kluj şəhərindən olan bir şirkət bu layihəni təqdim edib. Raket, optik sensorlar və mühərrik istisna olmaqla, tamamilə Rumıniyada istehsal olunub.

Yeni raket saatda 1000 km sürətə çata bilir. Onun maksimal uçuş məsafəsi (versiyasından asılı olaraq) 1000 kilometrə çata bilər. Silahın qiyməti 150.000 ilə 350.000 avro arasında dəyişir.

Bəxtiyar CƏFƏRLİ

Избранный
57
herbiand.az

1Источники