RU

Koutinyo azarkeşlərə görə klubundan getdiyini açıqladı

Braziliya təmsilçisi "Vasko da Qama"nın tanınmış yarımmüdafiəçisi Filippe Koutinyo klubdan getdiyini bildirib.

Fanat.Az xəbər verir ki, 33 yaşlı futbolçunu Karioka Liqasında "Volta-Redonda"ya qarşı keçirdikləri oyunun ilk yarısında azarkeşlər fitə basıblar.

Fasilədə əvəzlənən Filippe ehtiyat oyunçular skamyasına qayıtmayıb və ardından sosial şəbəkə hesabında belə bir paylaşımla diqqət çəkib: "Mən heç vaxt "Vasko"dakı komanda yoldaşlarıma və azarkeşlərə qarşı hörmətsizlik etməmişəm. Əvvəl oynadığım klublarda da belə şey olmayıb. Məni tanıyanlar doğru dediyimi təsdiqləyərlər. Əvəzlənəndən sonra paltərdəyişmə otağına gələrkən başa düşdüm ki, mənim bu klubdakı dönəmim başa çatıb. Psixoloji cəhətdən sarsılmamaq üçün geri qayıtmadım. Bu, çox ağrılıdır. Həqiqət budur ki, mənəvi cəhətdən çox yorğunam. Ürəyimin pıçıltısını dinləyirəm və geri addım ataraq "Vasko"dan gedirəm. Hər şeyə, burada yaşadıqlarıma görə minnətdaram. "Vasko"nu həmişə sinəmdə gəzirəcəm".

"Vasko da Qama" Koutinyonun getdiyini hələ təsdiqləməyib.

Nihat

Избранный
113
1
fanat.az

2Источники