RU

Günay Ağamalının döydürdüyü deyilən köməkçisindən açıqlama

Son günlər deputat Günay Ağamalının köməkçisi Pərviz Mirizadəni atası, sabiq millət vəkili Fəzail Ağamalının yas mərasimində mühafizəçilərinə döydürməsi ilə bağlı məlumatlar yayılıb.

"Cebheinfo.az" xəbər verir ki, “Qafqazinfo” məsələyə aydınlıq gətirmək üçün deputatın köməkçisi Pərviz Mirizadə ilə əlaqə saxlayıb.

O, saytımıza açıqlamasında belə bir hadisənin baş vermədiyini bildirib.

Qeyd edək ki, G.Ağamalı da Pravda.az-a açıqlamasında sözügedən məlumatı təkzib edib: “Bu məlumat kökündən yanlışdır. Belə bir hadisə olmayıb. Kiminsə partiyadan ayrılması isə könüllü seçimdir. Normaldır...”.

"Cebheinfo.az"

Избранный
47
8
cebheinfo.az

10Источники