RU

Nümunəvi qərar: Tacikistanda Ramazan ayında ərzaq qiymətlərinə nəzarət olunacaq

Yazını böyüt
Yazını kiçilt

“Tacikistanın paytaxtında Ramazan ayında ərzaq qiymətlərinə nəzarət etmək üçün qruplar yaradılıb”.

Hafta.az yazır ki, bu barədə Tacikistan Daxili İşlər Nazirliyinin Düşənbə Departamenti məlumat yayıb. Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları müəssisələri əsassız qiymət artımlarının qarşısını almağa çağıraraq, onlara Ramazanın mərhəmət ayı və xeyirxah əməllər üçün bir vaxt olduğunu xatırladıblar.

"Təəssüf ki, maddi qazanc dalınca düşən bəzi vicdansız şəxslər əhalinin artan tələbat və ehtiyaclarından istifadə edərək ərzaq qiymətlərini əsassız şəkildə şişirdirlər. Bu cür hərəkətlər təkcə cəmiyyətin əxlaqi normalarına deyil, həm də mənəvi və etik dəyərlərə ziddir", - Düşənbə Daxili İşlər Departamenti bildirib.

Bununla əlaqədar, Düşənbə polisi digər səlahiyyətli qurumlarla əməkdaşlıq edərək zəruri malların qiymətlərinin monitorinqi və tənzimlənməsinə yönəlmiş məqsədyönlü yoxlamalar və maarifləndirmə işləri aparır.

Agentlik xəbərdarlıq edib ki, qanun pozucularına qarşı müəyyən edilmiş qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, daha əvvəl Tacikistan Müsəlmanlarının Ruhani İdarəsi müqəddəs Ramazan ayında bazar və dükanlara daha çox ərzaq məhsulları çıxarılmasına çağırıb.

Избранный
61
hafta.az

1Источники