RU

Rayonlarda hava necə olacaq? - Proqnoz

Milli Hidrometeorologiya Xidməti fevralın 20-nə dair hava proqnozunu açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, saah Bakıda və  Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 19-dan 20-nə keçən gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 12-16° isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunudan 773 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.  Səhər yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. 

Mülayim qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 15-19° isti, dağlarda gecə 2-6° isti, gündüz 6-11° isti olacaq.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda

Bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Səhər yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək.  Arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.  Havanın temperaturu gecə 0-5° isti, gündüz 10-15° isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə

Bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək.  Arabir duman. Qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 10-15° isti olacaq.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda

Bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.  Səhər yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Arabir duman. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, dağlıq ərazilərdə 2° şaxta, gündüz 7-12° isti olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda

Bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Səhər yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək.  Arabir duman. Qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 13-18° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda

Bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Səhər qərb rayonlardan başlayaraq yağıntılar tədricən kəsiləcək. Arabir duman. Qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada

Bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, sulu qara keçəcəyi ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Arabir duman.

Qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 15-19° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda

Bəzi yerlərdə  arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək.  Arabir duman. Şimal-şərq küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.  Havanın temperaturu gecə 4-7° isti, gündüz 14-18° isti, dağlarda gecə 2-4° isti, gündüz 7-12° isti olacaq.


Telegram kanalımız
Избранный
54
49
yenisabah.az

10Источники