RU

“Neftçi”nin baş məşqçisi barmağını kimlərə silkəlıdi?

Premyer Liqanın son 4 turunda 3 qələbə qazanan və 1 heç-heçə edən «Neftçi»dən yeni maraqlı xəbər var. Belə ki, baş məşqçi Yuri Vernidub futbolçuların eyofriyaya qapılmaması üçün sərt üz alıb. Ukraynalı mütəxəssis qeydə alınan müsğət nəticələrin onlarda arxayınlıq yaratmamalı olduğunu söyləyib, xatırladıb ki, marafon uzundur və hələ görüləcək çox iş var. Bəzi futbolçularda rahatlığın əlamətlərin sezdiyini vurğulayıb, bildirib ki, bu, onu narahat edir: «Mənim üçün əsas və ya ehtiyat oyunçu yoxdur. Düşərgədə kim varsa, hamısı mənim üçün eynidir. Təcrübəmə əsaslanıb deyə bilərəm ki, komanda bir, yaxud bir neçə nəfərdən asılı olmamaıdır. Son oyunlarda qalib gəlsək də, mən deməzdim ki, biz sürətlə irəli gedirik. Turnir cədvəlində yeddinci yerdəyik, deməli, hələ heç nə əldə etməmişik. Məni bəzi futbolçuların oyun vaxtı yol verdiyi müəyyən səhvlər narahat edir. Bilməlisiz ki, bəzən bir kobud səhv komandanın 90 dəqiqə ərzində gördüyü işə xələl gətirir, qələbənin qazanılmasına mane olur. Mən hər şeyi görürəm və özümdə qeydlər aparıram. O futbolçularla ayrıca söhbətim olacaq».

SPORTİNFO.AZ

Избранный
41
sportinfo.az

1Источники