RU

Hərbi Prokurorluqdakı Soyqırımı Memorial Muzeyi ziyarət edilib - FOTO

Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova Sumqayıt şəhər 1, 11, 16 və 18 nömrəli məktəblərlərinin şagirdləri ilə birlikdə Hərbi Prokurorluqdakı Soyqırımı Memorial Muzeyini ziyarət edib.

Bakıvaxtı.az xəbər verir ki, qonaqlar muzeydəki eksponatlarla tanış olublar.

Onlara Xocalı soyqırımı zamanı dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıqla divan tutulması, Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla 613 nəfərin xüsusi amansızlıqla öldürülməsi, 487 nəfər dinc sakinin ağır yaralanması, 1 275 nəfərin girov götürülməsi və hadisələrin necə cərəyan etməsi barədə geniş məlumat verilib.

Избранный
36
9
bakivaxti.az

10Источники