“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə əhalinin mərhələli şəkildə köçürülməsi davam edir.
1news.az-ın Trend-ə istinadən məlumatına görə, 38 ailə (154 nəfər) Ağdam rayonunun Dördyol ərazisindən Xocalı rayonunun Xanabad kəndinə yola salınıb.
Qeyd edək ki, sözügedən ailələr uzun illər ərzində respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmışdılar.