RU

Soyuq havalarda üz niyə qızarır?

Soyuq hava şəraiti bir çox insanda üz dərisinin qızarmasına səbəb olur.

 

Pravda.az bildirir ki, bu hal əksər hallarda orqanizmin temperatur dəyişikliyinə verdiyi normal fizioloji reaksiyadır.

 

Soyuq mühitdə qan damarları daralır, isti mühitə keçid zamanı isə yenidən genişlənir. Məhz bu proses üz nahiyəsində qızartı yaradır. Bu vəziyyət adətən qısa müddətli olur və sağlamlıq üçün təhlükə hesab edilmir.

 

Lakin üz qızartısı uzun müddət davam edərsə, yanma, qaşınma və ya şişkinliklə müşayiət olunarsa, bu, bəzi dəri problemlərinin əlaməti ola bilər. Belə hallar rozasea (gül xəstəliyi), soyuq allergiyası və ya soyuqla əlaqəli dəri zədələnmələri ilə bağlı ola bilər. Bu zaman dermatoloqa müraciət etmək tövsiyə edilir.

 

Həkimlər soyuq havalarda dərini qorumaq üçün qalın və qoruyucu geyimdən istifadə etməyi, çölə çıxmazdan əvvəl nəmləndirici krem çəkməyi və günəşdən qoruyucu vasitələrdən istifadə etməyi məsləhət görürlər. Eyni zamanda, kifayət qədər su içmək və balanslı qidalanmaq dəri sağlamlığının qorunmasında mühüm rol oynayır.

 

Əminə Bayramova

Tarix: 19 Fevral 2026, 12:37   
Избранный
29
pravda.az

1Источники