RU

“Başımı aşağı saldı” Meyxanaçı qızına görə üzr istədi VİDEO

Bakupost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Meyxanaçı Samirə Yusifqızı övladının sözlərinə görə üzr istəyib.

Bakupost.az xəbər verir ki, bu barədə müğənni “Tarixin bir günü” verilişində bildirib.

Canlı efirə qoşulan müğənni qızının cahillik etdiyini bildirib və bu hadisəyə görə məyus olduğunu deyib:

“Çox-çox üzr istəyirəm. Mənə görə onun günahından keçin, bağışlayın. Bütün xalqımızdan üzr istəyirəm. Qurana and olsun ki, hazırda o vəziyyətdə deyiləm, evdə xəstə anama baxıram. Amma yenə də hər şeyi bir kənara qoyub, qızıma görə başımı aşağı salmışam. Hamıdan xahiş edirəm, üzrlü sayın”.

Qeyd edək ki, ötən gün meyxanaçı Samirənin qızı Fərəhin sosial mediada yayılan görüntüləri ciddi şəkildə tənqid olunub. Belə ki, həmin kadrlarda onun etikadan kənar ifadələr işlətdiyi görünür.

Yasəmən,

BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
37
6
www.bakupost.az

7Источники