RU

Hind okeanından Cənubi Qafqaza qədər alov xətti Müharibə qapıda

ain.az, Olke.az portalına istinadən məlumat yayır.

Bölgəmiz “barıt çəlləyi”ni xatırladır

Bu gün Yaxın Şərqdən Hind okeanına, Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər uzanan nəhəng geosiyasi xəritə getdikcə vahid təhlükəsizlik böhranına çevrilir. ABŞ–İran qarşıdurması artıq regional gərginlik səviyyəsini aşaraq qlobal güclərin birbaşa və dolayı iştirak etdiyi çoxqatlı hərbi-siyasi böhrana transformasiya olunur. Diplomatik danışıqların iki raundunun keçirilməsinə baxmayaraq, hadisələrin inkişaf trayektoriyası açıq şəkildə göstərir ki, tərəflər paralel olaraq hərbi ssenarini əsas plan kimi masada saxlayırlar.

Diplomatiya pərdə, hərbi hazırlıq reallıq

Vaşinqtonun rəsmi açıqlamaları diplomatiyanın “birinci seçim” olduğunu vurğulasa da, verilən mesajların alt qatında açıq hərbi ritorika dayanır. 

Ağ Evin mətbuat katibi Kerolin Livitin  “İrana zərbə endirmək üçün bir çox səbəb və arqument var” mesajını səsləndirir. Bu isə diplomatiyanın paralel olaraq hərbi təzyiq alətinə çevrildiyini göstərir.

ABŞ vitse-prezidenti C.D. Vensin sözləri faktiki olaraq hərbi variantın legitimləşdirilməsidir. Vens bildirib ki, Vaşinqton Tehranla danışıqların uğursuzluğa düçar olacağı təqdirdə güc tətbiq etmək ehtimalını istisna etmir.  Onun "Düşünürəm ki, prezidentin bir çox seçimi var. Bizim çox bacarıqlı ordumuz var. Prezident bundan istifadə etməyə hazır olduğunu nümayiş etdirib" deməsi hər şeyi ifadə edir.

ABŞ ordusunun istifadəsinin istisna olunmaması və qərarın yalnız prezidentin siyasi qərarına bağlı olması Vaşinqtonun “son qərar mərhələsinə” yaxınlaşdığını göstərir.

Eyni zamanda CBS News mənbələrinin məlumatı – ordunun mümkün zərbələrə hazır olması  diplomatiyanın vaxt qazanmaq üçün istifadə edilən taktiki mərhələ olduğunu göstərir.

Regiona görünməmiş hərbi yığım

Hadisələrin ən real indikatoru sözlər deyil, hərbi logistika və qüvvələrin yerləşdirilməsidir. ABŞ-ın regiona 40 mindən çox hərbçi, 50-dən artıq qırıcı təyyarə və gücləndirilmiş raketdən müdafiə sistemləri göndərməsi faktiki olaraq “müharibə hazırlığı” səviyyəsinə bərabərdir.

Bölgədə təyyarədaşıyan zərbə qrupları, F-35 və F-15E hücum təyyarələri, Patriot və THAAD raketdən müdafiə sistemləri, Arleigh Burke sinifli esmineslər, strateji logistika aviasiyası  və digər hərbi texnika yerləşdirilib.

Bu miqyaslı hərbi yerləşdirmə yalnız çəkindirmə deyil, sürətli hücum və genişmiqyaslı əməliyyat planının hazır olduğunu göstərir.

 

İranın cavabı: Hörmüz və Hind okeanı mesajı

Tehran da qarşı tərəfin siqnallarını açıq şəkildə oxuyur və cavab olaraq Hörmüz boğazında  Oman dənizi və Hind okeanında Rusiya ilə birgə hərbi təlimlərə başlayır.

İranlı kontr-admiral Həsən Məqsudlu bildirib ki, təlimlərin əsas məqsədi Oman dənizində və Şimali Hind okeanında təhlükəsizliyi və davamlı dəniz əməkdaşlığını gücləndirməkdir. O əlavə edib ki, təlimin əsas hədəflərindən biri də dəniz təhlükəsizliyini təhdid edən fəaliyyətlərə, xüsusən də ticarət gəmilərinin və neft tankerlərinin qorunmasına, eləcə də dəniz terrorizminə qarşı mübarizəyə qarşı birgə tədbirləri əlaqələndirməkdir.

Bu təlimlərin ABŞ təyyarədaşıyan gəmisinin yaxınlığında baş tutması sadəcə təsadüf deyil, açıq güc nümayişidir.

 

Bu addımların strateji mesajı aydındır:

Müharibə yalnız İran ərazisində qalmayacaq, dünya enerji arteriyası olan Hörmüz boğazı risk altına düşəcək.

Rusiya faktoru: Nüvə təhlükəsi kartı

Rusiya xarici işlər naziri Sergey Lavrovun xəbərdarlığı böhranın qlobal təhlükə səviyyəsinə çatdığını göstərir. Onun sözlərinə görə, İranın nüvə obyektlərinə zərbələr “dəhşətli nəticələr” doğura bilər. O hesab edir ki, nüvə hadisəsi riski realdır və bu böhranın kökü  Birgə Hərtərəfli Fəaliyyət Planından (JCPOA) çıxmasına dayanır

Bu açıqlama Moskvanın İranın yanında siyasi mövqe tutduğunu və böhranın NATO–Rusiya qarşıdurmasına çevrilmə ehtimalını göstərir.

Türkiyənin mövqeyi: Müharibəyə qarşı strateji xəbərdarlıq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bölgənin yeni müharibəni qaldıra bilməyəcəyini açıq bəyan edib. Ərdoğan açıq şəkildə bəyan edib ki, İrana qarşı yeni müharibə heç kimə heç bir qazanc gətirməyəcək, əksinə, bölgəmiz yalnız uduzacaq. 

Onun mesajı regional güclərin qorxusunu əks etdirir. Yeni müharibə regionun hamısına zərər verəcək və qeyri-müəyyənliyi dərinləşdirəcək.

Bu mövqe Türkiyənin balans siyasətini qorumağa çalışdığını göstərir.

Hindistanın hərbi aktivləşməsi: Böhran qlobal xarakter alır

Böhranın yalnız Yaxın Şərqlə məhdudlaşmadığını Hindistanın addımları sübut edir.

MILAN 2026 təlimlərinə 74 ölkə, 80-dən artıq döyüş gəmisi qatılıb. Ən maraqlısı isə odur ki, təlimlərdə ABŞ, Rusiya və İranın eyni platformada iştirak edib.

Bu, Hind okeanının da böyük güclərin rəqabət meydanına çevrildiyini göstərir.

Böhranın geosiyasi nəticəsi: Yeni bloklaşma

Hazırkı vəziyyət aşağıdakı yeni güc xəritəsini formalaşdırır. ABŞ tərəfini- İsrail və Qərb müttəfiqləri.

İran tərəfini isə Rusiya və qismən də Çin faktoru.

Balans güclər rolunda isə Türkiyə, Hindistan və Körfəz ölkələri çıxış edir.

Bu isə klassik regional böhran deyil, böyük güclərin qlobal rəqabət mərhələsidir.

 Müharibə ehtimalı niyə artır?

Bütün göstəricilər  onu deməyə əsas verir ki, diplomatiya nəticə vermir, bölgəyə maksimum səviyyədə hərbi qüvvələr yerləşdirilib, enerji yolları risk altındadır və qlobal güclər prosesə daxil olub.

Bu səbəbdən ABŞ–İran gərginliyi artıq “regional böhran” deyil, qlobal təhlükəsizlik sisteminin sınağına çevrilir.

Əgər diplomatik pəncərə qısa müddətdə bağlanarsa, bölgə yeni böyük müharibənin astanasına daxil ola bilər.

 

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
59
2
olke.az

3Источники