RU

Paytaxt məktəblərində diaqnostik qiymətləndirmə keçirilir

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 19 fevral, AZƏRTAC

Paytaxt məktəblərində informatika fənni üzrə diaqnostik qiymətləndirmə keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, rəqəmsal bacarıqların ölçülməsi məqsədilə keçirilən diaqnostik qiymətləndirmədə V sinif şagirdləri iştirak edirlər.

Qiymətləndirmə ilk olaraq fevralın 9-dan 16-dək “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiq olunduğu ümumi təhsil müəssisələrində təşkil olunub. Fevralın 16-dan isə “Rəqəmsal bacarıqlar” layihəsinə cəlb olunmayan ümumi təhsil müəssisələrində qiymətləndirmə prosesinin keçirilməsinə başlanılıb.

Qeyd edək ki, qiymətləndirmə learn.algoritmika.az platforması üzərindən keçirilir. Şagirdlərə ümumilikdə 40 sual təqdim edilir. Sualların cavablandırılması üçün 90 dəqiqə vaxt verilir.

Diaqnostik qiymətləndirmənin nəticələri şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
66
5
azertag.az

6Источники