RU

SOCAR ilə “Gran Tierra Energy Inc.” arasında saziş imzalandı

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Gran Tierra EnergyInc.” şirkəti arasında Azərbaycan Respublikasının Quba–Xəzəryanıregionunda yerləşən qurudakı perspektiv sahəsi üzrə Kəşfiyyat,İşlənmə və Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb.

Trend bubarədə SOCAR-a istinadən xəbər verir.

Sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Gran Tierra EnergyInc.” şirkətinin prezidenti və baş icraçı direktoru Gary Guidryimzalayıblar.

Sazişin şərtlərinə əsasən, layihənin operatoru qismində çıxışedəcək “Gran Tierra Energy Inc.” 65% iştirak payına malik olacaq.Geoloji kəşfiyyat iş proqramına qravimetrik məlumatlarıntoplanması, 3D seysmik tədqiqatların aparılması və müqaviləsahəsinin karbohidrogen potensialının üzə çıxarılmasına yönəlmişkəşfiyyat quyularının qazılması daxildir.

Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindənratifikasiya edildikdən sonra qüvvəyə minəcək.

Məqalədə:
Избранный
57
16
az.trend.az

10Источники