AZ

SOCAR və Gran Tierra Energy Inc. arasında saziş mzalanıb

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "Gran Tierra Energy Inc." şirkəti arasında Azərbaycanın Quba–Xəzəryanı regionunda yerləşən qurudakı perspektiv sahəsi üzrə Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb.

Bu barədə 525.az-a SOCAR-dan məlumat verilib.

Sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf və "Gran Tierra Energy Inc." şirkətinin prezidenti və baş icraçı direktoru Gary Guidry imzalayıblar.

Sazişin şərtlərinə əsasən, layihənin operatoru qismində çıxış edəcək "Gran Tierra Energy Inc." 65 % iştirak payına malik olacaq. Geoloji kəşfiyyat iş proqramına qravimetrik məlumatların toplanması, 3D seysmik tədqiqatların aparılması və müqavilə sahəsinin karbohidrogen potensialının üzə çıxarılmasına yönəlmiş kəşfiyyat quyularının qazılması daxildir.

Saziş Milli Məclis tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
16
525.az

10Mənbələr