RU

Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi

Bakı. Trend:

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindənməlumat verilib.

Bildirilib ki, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindənnəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını gizlədərək yolhərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edən, digərhərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan99-L-768 nömrə nişanlı motosikletin sürücüsü Səid Zeynalovsaxlanılıb. Məlumata görə, sürücü bir müddət əvvəl dəavtoxuliqanlıq etdiyi üçün inzibati məsuliyyətə cəlb olunub.

Sürücü barəsində Azərbaycan Respublikasının İnzibati XətalarMəcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərəkbaxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarıilə sürücü S.Zeynalovun nəqliyyat vasitəsini idarəetmə hüququ 2 ilmüddətinə məhdudlaşdırılıb və o, 30 sutka inzibati qaydada həbsedilib.

Избранный
42
25
az.trend.az

10Источники