AZ

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub VİDEO

Bakı, 19 fevral, AZƏRTAC

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını gizlədərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edən, digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan və bir müddət əvvəl də avtoxuliqanlıq etdiyi üçün inzibati məsuliyyətə cəlb olunan 99-L-768 nömrə nişanlı motosikletin sürücüsü Səid Zeynalov saxlanılıb.

İdarədən AZƏRTAC-a verilən məlumata görə, sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə sürücü S. Zeynalovun nəqliyyat vasitəsini idarəetmə hüququ 2 il müddətinə məhdudlaşdırılıb və o, 30 sutka inzibati qaydada həbs edilib.

Seçilən
91
25
azertag.az

10Mənbələr