RU

Cənubi Koreyanın sabiq Prezidenti ömürlük azadlıqdan məhrum edilib

Pekin, 19 fevral, AZƏRTAC

Seul məhəkəməsi ölkədə hərbi vəziyyətin elan edilməsi və konstitusiya quruluşuna qarşı qiyam üzrə cinayət işi ilə əlaqədar Cənubi Koreyanın keçmiş Prezidenti Yun Sok Yolu təqsirli bilib.

AZƏRTAC xəbər verir ki, sözügedən məhkəmə prosesi üzrə fevralın 19-da keçirilən son iclasda sabiq Prezident Yun Sok Yolu qiyamı təşkil etməkdə təqsirli bilib. Məhkəmə keçmiş prezidentə ömürülük azadlıqdan məhrumetmə cəzası verib.

Məhkəmə, həmçinin keçmiş müdafiə naziri Kim Yonq Hyunu qiyamda iştirak etməkdə və planlaşdırmaqda təqsirli bilib.

Qeyd edək ki, 2024-cü il dekabrın 3-də Koreya Respublikasının sabiq Prezidenti Yun Sok Yol ölkədəki Şimali Koreya tərəfdarları ilə mübarizə aparmağın zəruriliyini əsas gətirərək hərbi vəziyyət rejimi elan edib. Cənubi Koreya Prokurorluğu onu qiyamda günahlandırdıqdan sonra Konstitusiya Məhkəməsi apreldə onun impiçmentini təsdiqləyib.

 
Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Избранный
85
2
azertag.az

3Источники