RU

ABŞ Cənub Komandanlığı Venesuelaya səfər edib

ABŞ-ın Cənubi Komandanlığı (U.S. Southern Command) komandanı, general Francis L. Donovan, ABŞ-ın Dövlət Departamentinin Venesuela İşləri üzrə məsul əməkdaşı Laura Dogu və ABŞ Müdafiə Nazirliyinin Vətən Müdafiəsi və Amerika Qitəsi üzrə müavini Joseph M. Humire Venesuelanın paytaxtı Karakasda Venesuela rəsmiləri ilə görüşlər keçirib.

Görüşlərdə əsasən bölgədəki təhlükəsizlik vəziyyəti, həmçinin ABŞ prezidenti Donald Trump tərəfindən açıqlanan üç mərhələli planın tətbiqi və Venesuelada stabilliyin təmin olunması ilə bağlı addımlar müzakirə edilib.

ABŞ rəsmiləri toplantılarda “Venesuela xalqı üçün, ABŞ və Qərb yarımkürəsi üçün azad, təhlükəsiz və firavan Venesuela” hədəflərinə bağlı olduqlarını yenidən vurğulayıblar.

Donovan həmçinin ABŞ-ın Karakastakı diplomatik obyektlərini qorumaq vəzifəsi daşıyan birgə qüvvə personalı və digər agentlik əməkdaşları ilə də görüşüb.

Bu səfər, Vaşinqton ilə Venesuelanın keçici rəhbərliyi arasında təhlükəsizlik əməkdaşlığı və regional stabilliyin gücləndirilməsi istiqamətində dialoqun davam etdirilməsinin bir hissəsi kimi dəyərləndirilir.

Избранный
28
aznews.az

1Источники