RU

Ucarda məktəbda yanğın baş verdi - Tədris fasiləsiz davam etdirilir

Bakı. Trend:

Gecə saatlarında Ucar rayonu, Elman Əliyev adına ƏnvərMəmmədxanlı kənd ümumi orta məktəbinin otaqlarından birində yanğınhadisəsi baş verib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Mərkəzi Aran RegionalTəhsil İdarəsindən məlumat verilib.

Bildirilir ki, məktəbin gözətçisi tərəfindən dərhal ilkintədbirlər görülərək yanğının qarşısının alınması istiqamətindəmüdaxilə edilib və Fövqəladə Hallar Nazirliyinin Dövlət YanğındanMühafizə Xidmətinə məlumat verilib.

Hadisə yerinə cəlb olunan yanğınsöndürmə qüvvələri tərəfindənyanğın qısa müddətdə söndürülüb və digər otaqlara yayılmasınınqarşısı alınıb.

Dəymiş zərərin aradan qaldırılması istiqamətində müvafiqtədbirlərin icrasına başlanılıb. Hazırda aidiyyəti qurumlartərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.

Təlim-tədris prosesi fasiləsiz şəkildə davam etdirilir.

Избранный
64
az.trend.az

1Источники