Milli.Az xəbər verir ki, məqalədə ölkəmizin tarixinə qısa nəzər salınır, XIX əsrin ortalarında paytaxt Bakı şəhərinin dünya neft sənayesinin mərkəzinə çevrildiyi qeyd olunur. 2023-cü ildə Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək uzun illər davam edən münaqişəyə son qoyduğu və bu qələbə nəticəsində geosiyasi mövqeyini daha da gücləndirdiyi bildirilir.
Yazıda Azərbaycanın coğrafi üstünlüklərindən və zəngin təbii ehtiyatlarından geosiyasi, logistika və enerji sahələrində səmərəli şəkildə istifadə etdiyi, Mərkəzi Asiya ilə Avropa arasında mühüm tranzit ölkə rolunu gücləndirdiyi diqqətə çatdırılır.
Həmçinin ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət kursunun uğurlu nəticələrinə toxunulur, Azərbaycanın müxtəlif regionlar və dövlətlər arasında etibarlı körpü rolunu daha da möhkəmləndirdiyi qeyd edilir.