AZ

Azərbaycan - yeni mühüm geosiyasi aktor - Kolumbiya mətbuatı

Bakı. Trend:

Kolumbiyanın ən qədim və aparıcı qəzetlərindən olan "ElEspectador"da dərc edilmiş "Yeni geosiyasi aktor" başlıqlı məqalədəson illər qlobal siyasi mühitdə müşahidə olunan mürəkkəb və dinamikproseslər fonunda Azərbaycanın mühüm geosiyasi aktor kimi diqqətmərkəzinə düşdüyü vurğulanır.

Trend xəbər verir ki,məqalədə ölkəmizin tarixinə qısa nəzər salınır, XIX əsrinortalarında paytaxt Bakı şəhərinin dünya neft sənayesinin mərkəzinəçevrildiyi qeyd olunur. 2023-cü ildə Azərbaycanın ərazi bütövlüyünübərpa edərək uzun illər davam edən münaqişəyə son qoyduğu və buqələbə nəticəsində geosiyasi mövqeyini daha da gücləndirdiyibildirilir.

Yazıda Azərbaycanın coğrafi üstünlüklərindən və zəngin təbiiehtiyatlarından geosiyasi, logistika və enerji sahələrində səmərəlişəkildə istifadə etdiyi, Mərkəzi Asiya ilə Avropa arasında mühümtranzit ölkə rolunu gücləndirdiyi diqqətə çatdırılır.

Həmçinin ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyibalanslaşdırılmış xarici siyasət kursunun uğurlu nəticələrinətoxunulur, Azərbaycanın müxtəlif regionlar və dövlətlər arasındaetibarlı körpü rolunu daha da möhkəmləndirdiyi qeyd edilir.

Seçilən
40
5
az.trend.az

6Mənbələr