RU

Tokaev: “Sülh Şurası dünya üçün innovativ yanaşma platformasıdır”

ain.az bildirir, Bizimyol portalına istinadən.

Qazaxıstan, ABŞ-ın təşəbbüsü ilə yaradılan və Qəzza bölgəsini idarə edən Sülh Şurasını sadəcə sonsuz müzakirələrin aparıldığı bir forum deyil, iqtisadi inkişaf vasitəsilə real sülh təklif edən bir platforma kimi görür.

Bizimyol.info xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev, "The National Interest" jurnalında dərc olunan məqaləsində bildirib.

Tokayev yazısında qeyd edib ki, “Bu, sonsuz müzakirələr üçün nəzərdə tutulan bir forum deyil. Bu, xüsusən Qəzza və Yaxın Şərqdə nəticə əldə etmək məqsədi daşıyan praktiki bir təşəbbüsdür.” Prezident, ABŞ-ın təklif etdiyi bu yanaşmanın innovativ olduğunu vurğulayaraq, “Sonsuz politoloji formulaların təkrarlanması yerinə, konkret bir konsepsiya təklif olundu - sülh, davamlı iqtisadi inkişafla əldə ediləcək,” deyə bildirib.

Qazaxıstanın Sülh Şurasına daxil olmasını, 2020-2021-ci illərdə ABŞ-ın vasitəçiliyi ilə ərəb ölkələri və İsrail arasında bağlanmış Əbrəhami Sazişlərinə qoşulmaq qərarının davamı kimi qiymətləndirən Tokayev, bunun yalnız diplomatik bir jest olmadığını, eyni zamanda strateji bir seçim olduğunu vurğulayıb. O, qlobal siyasətin uzun müddət beynəlxalq nizama uyğun olmağa yönəldildiyini, amma zamanla bu konsepsiyanın təhrif olunduğunu bildirib. “Bu, ideoloji əsaslarla qurulmuş bir modelə çevrildi: məsuliyyət olmadan inklüzivlik, məhdudiyyətsiz azadlıq və suveren cəmiyyətlərin, pragmatik siyasətçilərin və sağlam düşüncəli insanların baxışlarını rədd edən mənəvi üstünlük. Nəticədə qlobalizm, dünyanın hər yerində yüz milyonlarla insanın gözündə leqalizmini itirdi,” deyə Tokayev qeyd edib.

Prezident, etimadın itirilməsinin təsadüfi olmadığını, həmçinin “böyük miqyaslı korrupsiya ifşalarının, dövlət institutlarına, beynəlxalq strukturlara və aparıcı dövlətlərin siyasi sistemlərinə daxil edilmiş korrupsiyanın təsdiqlədiyini” vurğulayıb. O, dünyada pragmatizmə və realizmə olan tələbin artdığını və bunun Münhen Təhlükəsizlik Konfransında iştirakçıların çıxışlarında açıq şəkildə görüldüyünü bildirib. Konfransda "bəzi qərb liderlərinin ən inandırıcı fikirləri, sadə bir həqiqəti vurğuladı: milli maraqları görməzdən gələ bilmərik, suverenliyə narahatlıq kimi yanaşa bilmərik və sabitliyi ideoloji dogmalar üzərində qura bilmərik."

Tokayevin sözlərinə görə, dünya artıq əməkdaşlıqdan deyil, illüziyalarından imtina edir və gələcəkdə bu, məsuliyyətə, qanunun aliliyinə, mədəniyyət və milli kimliyə hörmətə əsaslanmalıdır.

Qazaxıstan, Sülh Şurasına yanvar ayında qoşulub. Tokayev, Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda təşkilatın nizamnaməsini imzaladıqdan sonra, 19 fevralda Vaşinqtonda keçiriləcək Sülh Şurasının ilk iclasında iştirak edəcək.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
42
bizimyol.info

1Источники