Bakı.Trend:
Bakı metropoliteninin "Azadlıq prospekti" stansiyasında qatardatexniki nasazlıq baş verib.
Bu barədə Trend-in sorğusuna əsasən, “Bakı Metropoliteni”QSC-dən bildirilib.
Qeyd edilib ki, sərnişinlər düşürülərək qatar baxış üçün"Dərnəgül" stansiyasının sərnişindaşıma həyata keçirilməyən birinciyoluna keçirilib.
Dərhal "Nərimanov" elektrik deposundan əvəzləyici qatar xəttəburaxılıb. Bu səbəbdən "Dərnəgül-Nərimanov" sahəsində intervalfərqi yaranıb.
Yaranan narahatlığa görə sərnişinlərdən üzr istəyirik.