RU

Cahangir Cahangirov adına Xor kollektivi - 90

Yazını böyüt
Yazını kiçilt

"Beynəlxalq Muğam Mərkəzinin Cahangir Cahangirov adına Xor kollektivinin bu il 90 yaşı tamam olur. Yubiley çərçivəsində keçirilən “İki könül görüşəndə” adlı konsertimizdə Azərbaycan kino musiqisi ilə yanaşı, xarici ölkələrin məşhur filmlərindən seçilmiş əsərləri də səsləndirdik. Məqsədimiz müxtəlif dövrlərin və mədəniyyətlərin kino musiqisini bir araya gətirərək, onu xor ifasında yeni çalarlarla tamaşaçıya təqdim etməkdir".

Hafta.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Cahangir Cahangirov adına Xor kollektivinin bədii rəhbəri, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Təranə Yusifova deyib.

O, son dövrlərdə xor sənətinə və musiqisinə ciddi maraq yarandığını deyib:

"Xüsusilə gənclərin xor sənətinə böyük həvəs göstərməsi bizi sevindirir. Onlar bu janra yalnız dinləyici kimi deyil, ifaçı kimi də qoşulmaq, xor kollektivinin bir parçası olmaq istəyirlər. Bu isə xor sənətinin gələcəyi baxımından olduqca ümidverici göstəricidir".

Избранный
41
1
hafta.az

2Источники