RU

Namaz qılmayan şəxs oruc  tuta bilərmi- ÖZƏL

""Zaman-zaman İslam dünyasında, xüsusilə də Azərbaycanda ən çox müzakirə olunan və sual verilən mövzulardan biri də namaz qılmayan şəxsin oruc tutması ilə bağlıdır. Təəssüf ki, cəmiyyət olaraq biz özümüzdən daha çox başqalarının əməllərini təftiş etməyə meylliyik". Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib:

"Heç şübhəsiz ki, İslam müsəlmanlara bütün ibadətləri yerinə yetirməyi tövsiyə edib. Bu baxımdan oruc tutan şəxsin namaz qılmaqla yanaşı, digər ibadətləri də yerinə yetirməsi daha doğrudur. Çünki dinimizdə hər iki ibadəti yerinə yetirmək vacibdir. 

Ancaq namaz və oruc ayrı-ayrı ibadətlər olduğuna görə namaz qılmayan şəxsin oruc tutmasında heç bir qəbahət yoxdur. Onu da unutmayaq ki, bəlkə də, bu il oruc tutan şəxs növbəti günlərdə namaz qılmağa da başlayacaq. 

Ona görə gəlin, daha çox başqalarının deyil, özümüzün əməllərini təftiş edək. O dünyada  biz başqalarının deyil, öz əməllərimiz barədə sorğu-sual olunacağıq. 

Allah bütün dua və ibadətləri qəbul etsin! Allah ölkəmizi, ölkə başçımızı, dövlətimizi qorusun!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
57
9
olaylar.az

10Источники