RU

Amerikalı jurnalist İsraildə saxlanılıb

Amerikalı jurnalist Taker Karlson və onun heyəti ABŞ səfiri Mayk Hakabi ilə müsahibədən sonra İsraildə saxlanılıblar.

Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Karlson düşmənçiliklə üzləşdiyini iddia edir. Jurnalist iddia edir ki, Hakabi ilə müsahibədən qısa müddət sonra İsrail rəsmiləri onun pasportunu müsadirə ediblər və icraçı prodüseri dindirmə otağına aparılıb.

Rəsmilər Karlsonun ABŞ səfiri ilə nələri müzakirə etdiyini öyrənməyə çalışıblar.

"Qəribə idi. Artıq ölkədən kənardayıq", - deyə jurnalist əlavə edib.

Избранный
81
2
publika.az

3Источники