Amerikalı jurnalist Taker Karlson İsraildə saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Amerikalı tanınmış jurnalist Taker Karlson və onun komandası İsraildə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Hadisənin Karlsonun ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi ilə keçirdiyi müsahibədən dərhal sonra baş verdiyi bildirilir.
Jurnalistin və əməkdaşlarının saxlanılma səbəbləri və hazırkı vəziyyəti barədə hələlik rəsmi məlumat verilməyib.
Xuraman Etibarlı
İnterpress.az