Yutub platformasında son günlər videoların altında şərhlərin və bəzi hallarda təsvir bölməsinin görünməməsi kimi problem yaranıb.
Ölkə.az xarici mətbuata istinadən xəbər verir ki, xüsusilə "Reddit"dəki yutub icmasında çoxları videolarda “Şərhlər deaktivdir” xəbərdarlığı ilə qarşılaşdıqlarını qeyd edib. Şikayətlər təkcə ayrı-ayrı videolarla bağlı deyil, müxtəlif məzmun növlərini əhatə edir və problemin geniş yayıldığını göstərir.
İstifadəçi rəylərinə əsasən, ortaq məqam reklam bloklayıcılarının istifadəsidir. Daxili reklam və izləmə bloklama funksiyası ilə tanınan "Brave" brauzerindən istifadə edən bəzi şəxslər də eyni problemlə üzləşiblər. Bildirilir ki, reklam bloklayıcısı deaktiv edildikdə şərhlər və təsvir bölməsi yenidən görünür.
Bu isə problemin texniki nasazlıqdan çox, platformanın reklam bloklayıcılarına qarşı mümkün addımı ola biləcəyi iddialarını gücləndirir. Maraqlıdır ki, bəzi yutub premium abunəçilərinin də bu vəziyyətdən təsirləndiyi bildirilir. Platforma isə hələlik rəsmi açıqlama verilməyib.