RU

ABŞ İrana mümkün zərbə variantını müzakirə edir

BAKI, 19 fevral. TELEQRAF

ABŞ administrasiyası həftəsonu İrana zərbə endirilməsi variantını araşdırır.

Teleqraf xəbər verir ki, bu barədə "CBS" News telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, milli təhlükəsizlik aparatının əməkdaşları Prezident Donald Trampa ordunun artıq şənbə günündən etibarən İrana mümkün zərbələrə hazır olduğunu məruzə ediblər. Bununla belə, hər hansı addımın vaxtının dəyişə biləcəyi qeyd olunur.

CBS vurğulayır ki, hazırda Ağ evdə eskalasiya riskləri, eləcə də potensial hücumdan imtinanın siyasi və hərbi nəticələri qiymətləndirilir. Qərarın hələlik verilmədiyi bildirilir.

Избранный
77
6
teleqraf.com

8Источники