“Ruhdan düşməməliyik”.

Offsideplus.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu "Nyukasl"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

23 yaşlı hücumçu matçla bağlı fikirlərini bölüşüb: “Erkən qollar oyunun gedişatını dəyişdi. Penalti və dərhal sonra mərkəzdən başlayarkən qol buraxmağımız ümumiyyətlə oyunu sındırdı. Bəlkə də daha ağıllı ola bilərdik. Bir qədər təcrübəli davransaydıq, hesabın artmasının qarşısını almaq olardı. Bunun üçün isə təcrübə çatmadı. Rəqib həm çox təcrübəlidir, həm də fiziki və texniki cəhətdən daha üstündürlər. Belə komandalar isə xırda səhvləri də bağışlamır”.

Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" matçı qonaq komandanın 6:1 hesablı qələbəsi ilə bitib. Cavab qarşılaşması fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.