RU

Həmyerlilər arasında mübahisə ölümlə nəticələndi - DETALLARVİDEO

Göyçayda həmyerlilər arasında yaranan mübahisə ölümlə nəticələnib. Hadisə rayonun Məhəmməd Əmin Rəsulzadə küçəsində yerləşən kafelərdən birində qeydə alınıb.

Xezerxeber.az-ın xəbərinə görə, belə ki, 36 yaşlı Cavid Əhmədovla  31 yaşlı Mehman Əsgərov arasında şəxsi münasibətlər zəmnində mübahisə yaranıb. Bu zaman Cavid Əhmədov  hündür pilləkəndən yerə yıxılıb və ağır bədən xəsarətləri alıb.

Ətrafdakı insanlar onu dərhal Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da həyatını xilas etmək mümkün olmayıb və o aldığı xəsarətlərdən elə xəstəxanadaca dünyasını dəyişib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
50
xezerxeber.az

1Источники