RU

Səudiyyə Ərəbistanının üç vətəndaşı Dövlət Miqrasiya Xidmətinə təhvil verilib

BAKI, 18 fevral. TELEQRAF

Səudiyyə Ərəbistanının üç vətəndaşı - Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad barəsində məhkəmə hökmü ilə tətbiq edilmiş Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzasının icrası məqsədilə həmin şəxslər 18.02.2026-cı il tarixində Dövlət Miqrasiya Xidmətinə təhvil verilib.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, eyni gündə onların ölkə hüdudlarından kənara çıxarılması və qanunla müəyyən edilmiş müddətdə ölkəyə girişlərinin məhdudlaşdırılması təmin edilmişdir.

Избранный
52
teleqraf.com

1Источники