BAKI, 18 fevral. TELEQRAF
Səudiyyə Ərəbistanının üç vətəndaşı - Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad barəsində məhkəmə hökmü ilə tətbiq edilmiş Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzasının icrası məqsədilə həmin şəxslər 18.02.2026-cı il tarixində Dövlət Miqrasiya Xidmətinə təhvil verilib.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, eyni gündə onların ölkə hüdudlarından kənara çıxarılması və qanunla müəyyən edilmiş müddətdə ölkəyə girişlərinin məhdudlaşdırılması təmin edilmişdir.