RU

Gürcüstan hökuməti dövlət universitetlərinə əcnəbilərin qəbuluna olan qadağadan imtina edib

Gürcüstan hökuməti dövlət universitetlərinə əcnəbi tələbələrin qəbulunun dayandırılması barədə qərarına yenidən baxıb.

Gürcüstanın iqtisadi maraqları nəzərə alınmaqla qərar yanlış hesab edilib.

Ölkənin Baş naziri İrakli Kobaxidze parlamentdə miqrasiya məsələləri mövzusunda çıxışında bildirib ki, yalnız əcnəbi tələbələrin hesabına dövlət büdcəsinə hər il 300 milyon lari daxil olur.

“Əcnəbi tələbələrin hesabına 10 mindən çox iş yeri yaradılıb. Biz hesab edirik ki, Gürcüstanın iqtisadi maraqlarını nəzərə alaraq, bundan imtina etmək düzgün olmazdı”, – hökumət başçısı əlavə edib.

Qeyd edək ki, ötən ilin dekabrında builki tədris ilindən etibarən Gürcüstanın dövlət ali məktəblərinə əcnəbi tələbələrin qəbulunun dayandırılacağı bildirilmişdi. Bu qərarın zəruriliyi Gürcüstan vətəndaşlarının keyfiyyətli təhsil almasına diqqətin yetirilməsi ilə izah olunmuşdu. Məhdudiyyət özəl universitetlərə şamil edilmirdi.

Xatırladaq ki, Gürcüstanda 63 ali təhsil müəssisəsi fəaliyyət göstərir ki, onlardan 19-u dövlət universitetidir.

2024-2025-ci tədris ilində qonşu ölkənin universitetlərində təhsil alan əcnəbilərin sayı 37 125 nəfər təşkil edib. Bu göstərici əvvəlki tədris ili ilə müqayisədə 6 424 nəfər çoxdur.

Gürcüstanda ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı isə 860 nəfərdir. Onların 376-sı dövlət, 484-ü isə özəl universitetlərin tələbələridir.

MənbəAPA
Избранный
25
2
banker.az

3Источники