ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.
Hücumçu Nik Voltemede “Nyukasl”dan ayrılıb Almaniyaya qayıtmaq istəyini bildirib.
İdman.Biz-in “Bild”ə istinadən məlumatına görə, 24 yaşlı hücumçu İngiltərədəki həyatdan narazıdır və Bundesliqaya qayıtmağı düşünür. O, ya “Ştutqart”a qayıtmağı, ya da ötən yay ona maraq göstərən “Bavariya”ya qoşulmağı planlaşdırır.
“Nyukasl” bu yay hücumçusunu itirə bilər, çünki Münhen klubu tezliklə “Çelsi”yə qayıdacaq Nikolas Ceksonun yerinə başqa oyunçu axtarır. Voltemede 2025-ci ilin yayında “Ştutqart”dan “Nyukasl”a 75 milyon avroya keçib. O, “sağsağanlar”ın heyətində 38 oyunda iştirak edib, 10 qol vurub və dörd məhsuldar ötürmə edib.
Voltemedenin “Nyukasl”la hazırkı müqaviləsi 2031-ci ilə qədərdir və Transfermarkt-a görə, onun transfer dəyəri 70 milyon avrodur.
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.