RU

Qar yağacaq, temperatur 6 dərəcə enəcək – XƏBƏRDARLIQ

Fevralın 19-u Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 20-si səhərədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

NOCOMMENT.az xəbər verir ki, bu haqda Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilir ki, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə enəcək.

Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artacağı ehtimalı var.

Избранный
37
37
nocomment.az

10Источники