RU

"Barselona"nın futbolçunu geri qaytarmaq planı pozuldu

style='margin-bottom:10px;'>

"Mançester Siti" rəhbərliyi növbəti mövsüm üçün heyətin formalaşdırılması işlərinə start verib.

QOL.az xəbər verir ki, "El Nacional" nəşrinin məlumatına görə, Rodrinin zədələrə meyilli olmasını nəzərə alan "şəhərlilər" yarımmüdafiəçi Niko Qonsalesi komandada saxlamağa qərar verib.Premyer Liqa təmsilçisi futbolçunun yayda mümkün gedişinə qadağa qoyub. 

Qeyd edək ki, "Mançester Siti"nin bu qərarı keçmiş oyunçusunu geri qaytarmağı planlaşdıran "Barselona"nın planlarını alt-üst edib.

Xatırladaq ki, Niko Qonsales 2025/2026 mövsümündə "Mançester Siti"nin heyətində 33 rəsmi matçda meydana çıxıb və 1 qolla yadda qalıb.

Избранный
18
1
teleqraf.com

2Источники