RU

Zalujnı həmin hücumun iflasında Zelenskini günahlandırdı

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Ukraynanın Böyük Britaniyadakı səfiri və ordunun sabiq baş komandanı Valeriy Zalujnı 2023-cü ilin əks-hücum əməliyyatının niyə iflasa uğradığına dair ilk dəfə kəskin fikirlər səsləndirib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə “Associated Press” agentliyinə müsahibəsində danışıb.

General uğursuzluğun əsas səbəbi kimi Prezident Volodimir Zelenski və digər yüksək rütbəli rəsmilərin hərbi plan üçün lazım olan resursları təmin etməməsini göstərib:

“NATO tərəfdaşları ilə birlikdə hazırlanan ilkin plan Zaporojye bölgəsinin bir hissəsini, xüsusilə Zaporojye AES-i azad etmək və Azov dənizinə çıxaraq Krımın quru dəhlizini kəsməyi hədəfləyirdi. Planın uğuru üçün bütün güclərin bir əsas istiqamətdə cəmlənməsi həyati əhəmiyyət kəsb etsə də, siyasi rəhbərlik qüvvələri geniş cəbhə boyu yaymağa üstünlük verib. Bu qərar isə ordunun zərbə gücünü zəiflədərək strateji hədəflərə çatmasına mane olub”.

Nəşrin məlumatına görə, iki Qərb təhlükəsizlik rəsmisi də anonim olaraq Zalujnının iddialarını təsdiqləyərək, ilkin hərbi planın daha konsentrasiya olunmuş qüvvələrlə icra olunmalı olduğunu bildiriblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
29
qafqazinfo.az

1Источники