RU

“Ən yaxşı təqdimat” müsabiqəsində növbəti mərhələyə başlanılıb

Bakı, 18 fevral, AZƏRTAC

Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında təşkil olunan “Ən yaxşı təqdimat” müsabiqəsinin qeydiyyat mərhələsi uğurla yekunlaşıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, ölkə üzrə 3952 şagird müsabiqəyə qatılmaq üçün qeydiyyatdan keçib.

Rayon/şəhər mərhələsindən uğurla keçən iştirakçılar final turuna vəsiqə qazanaraq öz təqdimat bacarıqlarını nümayiş etdirəcəklər.

Qeyd edək ki, müsabiqə müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin doğum gününün 103-ci ildönümünə həsr olunub. Onun zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən daha dərindən öyrənilməsi və təbliği məqsədilə təşkil edilir.

Избранный
100
azertag.az

1Источники