RU

Gürcüstan əhalisinin 9,4 faizi yoxsulluq səviyyəsində yaşayır

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Tbilisi, 18 fevral, AZƏRTAC

Gürcüstanda 2012-ci ildə 1,1 milyondan çox insan, 30 faiz əhali yoxsulluq səviyyəsində yaşayırdı. 2020-ci ilə qədər bu rəqəm təxminən 21 faizə endirilmişdi.

AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Parlamentdə çıxışı zamanı deyib.

Hökumət başçısı qeyd edib ki, son dörd ildə yoxsulluq səviyyəsi 9,4 faizə qədər azalıb.

“Bu rəqəm hökumətimiz dövründə 350 minə qədər azalıb. Bu, sürətli iqtisadi artımın nəticəsidir. Son 5 ildə orta artım tempi 9,3 faiz təşkil edib”, - deyə İrakli Kobaxidze bildirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
73
1
azertag.az

2Источники