RU

Misli Premyer Liqası dünyanın ən yaxşıları sırasında İFFHS

Qol.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Misli Premyer Liqası dünyanın ən yaxşıları sırasında - İFFHS

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı 50 milli çempionatının yeni reytinq siyahısını açıqlayıb.

QOL.az xəbər verir ki, Misli Premyer Liqası reytinqdə 1991,5 xalla 41-ci pillədə qərarlaşıb.

Dünyanın ən güclü milli çempionatı kimi İngiltərə Premyer Liqası seçilib. İkinci pillədə Braziliya A Seriyası yer alıb. İtaliya A Seriyası isə ilk üçlüyü tamamlayıb. İspaniya La Liqası və Almaniya Bundesliqası isə müvafiq olaraq dördüncü və beşinci yerlərdə qərarlaşıblar.

Qeyd edək ki, qurum siyahını tərtib edərkən 2021-ci il yanvarın 1-dən 2025-ci il dekabrın 31-dək olan dövrdə liqaların beynəlxalq arenadakı nəticələrini və ümumi göstəricilərini əsas götürüb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
46
3
qol.az

4Источники