RU

Paşinyandan Rusiyaya AĞIR İTTİHAMLAR - seçkilərdən sonra hamısı ölkədən qovulacaq...



Ermənistanın Baş naziri Paşinyan, Ermənistanın uzun illərdir dünyaya Moskva mərkəzli bir baxış bucağından baxdığını deyərək, 2026-cı ildə erməni xalqının öz gələcəyini özü müəyyən edəcəyini bildirib.

Paşinyan bildirib ki, Ermənistan tarixən dünyaya Rusiya Dövlət Dumasının üzvü Zatulinin gözü ilə baxıb: "1830-cu illərdən 2023-cü ilə qədər Ermənistanda hamımız dünyaya Zatulinin gözü ilə baxmışıq. 2026-cı ildə Ermənistan vətəndaşları öz gözləri ilə gördüklərinə, yoxsa Zatulinin gözü ilə inanmağa qərar verəcəklər".

Paşinyan həmçinin qeyd edib ki, Rusiyadakı müəyyən dairələr Ermənistanın Türkiyə və Azərbaycanla sülh bağlamasını istəmir.

"Rusiyada Ermənistanla Türkiyə və Azərbaycan arasında sülhün onlara fayda vermədiyi məntiqi ilə düşünən müəyyən dairələr var. Onlara görə, düşmənçilik davam edərsə, Ermənistan Rusiyaya daha da möhkəm yapışmalı olacaq", - deyə Paşinyan bildirib.

"Məmnuniyyətlə qeyd edirəm ki, Ermənistanın Rusiyadan asılılığını yaratmaq və ya gücləndirmək üçün ölkəmizlə Türkiyə və Azərbaycan arasında daim münaqişələri qızışdırmağın vacibliyi anlayışı çoxları tərəfindən paylaşılmır. Əminəm ki, həmkarım Vladimir Putin, Mixail Mişustin və hökumətin bir çox nümayəndəsi də bu fikri bölüşmür", - deyə o bildirib.

Paşinyan seçkilərdən sonra oliqarxların və ya keçmiş prezidentlərin (ad çəkmir) ölkədən qovulacağını bildirib: "2026-cı ildən sonra bir oliqarxın və ya keçmiş prezidentin siyasətə müdaxilə etdiyini görməyəcəksiniz, hamısı qovulacaq".

Tahir TAĞIYEV

Избранный
14
baki-xeber.com

1Источники