RU

Azərbaycan əleyhinə sinxron ritorika: proksi şəbəkələrin "son hücumu"

Bakı. Trend:

Son günlər Azərbaycan əleyhinə ritorikanın həm xaricdəki mühacirdairələrində, həm də ölkə daxilində radikal qruplar arasındaparalel və sinxron şəkildə güclənməsi diqqət çəkir. Bu proseszahirən təsadüfi təsir bağışlasa da, əslində informasiya məkanındaproksi qruplaşmaların fəaliyyət mexanizminin tərkib hissəsidir.Burada söhbət ayrı-ayrı şəxslərin emosional reaksiyalarından yox,müəyyən mərkəzlərə bağlı şəbəkə davranışlarından gedir.

Vaxtilə ölkə daxilində ciddi təsir rıçaqlarına malik olmuş RamizMehdiyev real güc imkanlarını itirdikdən sonra onunla əlaqəlişəbəkənin xarici komponentlərinin önə çıxması bu kontekstdəxüsusilə diqqətəlayiqdir. Məhz bu mərhələdə xaricdə fəaliyyətgöstərən Mehman Hüseynov və Emin Hüseynov kimi fiqurlarınfəallaşması, ölkə daxilində isə Əli Kərimli ətrafında cəmləşənradikal çevrələrin hərəkətə keçməsi müşahidə olunur. Bu aktivləşməayrı-ayrı şəxslərin təşəbbüsü yox, şəbəkəvi dinamikanın nəticəsikimi ortaya çıxır.

Beynəlxalq təhlükəsizlik praktikasında bu cür modellər yaxşıtanınır. Xüsusi xidmət orqanları və təsir şəbəkələri əsas fiqurzəiflədikdə onun birbaşa əlaqələrini minimuma endirir vəəməliyyatları "cut-out" adlanan vasitəçilər üzərindən aparırlar.Yəni real mərkəz görünməz qalır, ictimai təzyiq isə "jurnalistlər","vətəndaş fəalları" və mühacir platformalar vasitəsiləformalaşdırılır. Bu mexanizm bir tərəfdən məsuliyyətinyayındırılmasına, digər tərəfdən isə fəaliyyətin daha elastik vətəhlükəsiz icrasına imkan yaradır.

Bu baxımdan Mehdiyevin ev dustaqlığı dövründə Azərbaycanəleyhinə informasiya fəallığının daha da intensivləşməsi ayrıcainterpretasiya olunur. Bu, klassik maskalama texnikasıdır: məqsədonun proseslərdən kənarda qaldığı təəssüratını yaratmaq, eynizamanda şəbəkənin fəaliyyətini fasiləsiz saxlamaqdır. Beləliklə,mərkəz formal olaraq passiv görünür, amma təsir mexanizmləri dolayıyollarla işləməyə davam edir.

Bu aktivləşmənin regional konyunktura ilə üst-üstə düşməsi dətəsadüfi deyil. Post-müharibə reallıqları fonunda Azərbaycanınmövqelərinin möhkəmlənməsi, beynəlxalq səviyyədə nüfuzunun artmasıvə regionda maraqlı bəzi dövlətlərin təsir imkanlarının daralmasıuzun illər formalaşmış, lakin artıq "yaşlanmış" təsir şəbəkələrinisonuncu mərhələyə – "son hücum" fazasına keçməyə məcbur edib. Bumərhələdə məqsəd hərbi və ya siyasi qələbə yox, informasiyamühitində davamlı gərginlik yaratmaq və dövlətçiliyin legitimliyiniaşındırmaqdır.

Belə şəbəkələr adətən məhz belə vəziyyətlərdə daha aqressiv vəsəssizləşdirilməsi çətin formaya keçir. Onlar açıq mərkəzlərdənyox, çoxsaylı kiçik platformalar, sosial şəbəkə hesabları, mühacirresursları və "müstəqil fəal" imici yaradılmış fiqurlar vasitəsiləişləyirlər. Nəticədə informasiya axını parçalanır, lakin mesajvahid qalır: Azərbaycan əleyhinə davamlı, emosional və legitimliyişübhə altına alan ritorika.

Mövcud mənzərə göstərir ki, informasiya məkanında baş verənlərayrı-ayrı şəxslərin spontan narazılığının təzahürü deyil. Bu, dahaçox koordinasiyalı proksi davranışlarının cəmi kimi çıxış edir.Müxtəlif coğrafiyalarda yerləşən, fərqli statuslara malik olanfiqurların eyni vaxtda eyni mövzular üzrə aktivləşməsi, eyniritorikadan istifadə etməsi və eyni auditoriyaları hədəfləməsi buqənaəti gücləndirir.

Bununla belə, bu cəhdlərin strateji xarakter daşımadığı dabəllidir. Əksinə, bu fəaliyyət ifşa edilmiş və təsir imkanlarızəifləyən bir sistemin refleksiv reaksiyasıdır. Yəni söhbətuzunmüddətli planlaşdırılmış hücumdan yox, mövqelərini itirənşəbəkənin instinktiv müqavimətindən gedir. Belə reaksiyalar adətənyüksək səs-küy yaratsa da, real güc balansını dəyişməkqabiliyyətinə malik olmur.

Nəticə etibarilə, Azərbaycan əleyhinə son informasiya dalğasıdaha geniş və köklü mexanizmin simptomudur. Bu mexanizm mərkəzingizlədilməsi, vasitəçilərin önə çıxarılması və informasiyamühitində davamlı təzyiq yaradılması üzərində qurulub. Lakinreallıq göstərir ki, bu cür "son hücum"lar əksər hallarda şəbəkənintükəndiyini və təsir imkanlarının artıq sistemli şəkildədaraldığını göstərən əlamət kimi çıxış edir.

Избранный
31
1
az.trend.az

2Источники