RU

Ev almaq və ya digər şəxsi arzular üçün tutulmuş oruc batil sayılır

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ramazan ayının yaxınlaşması ilə niyyət axşamı ibadəti cəmiyyətdə diqqət mərkəzindədir. Bu ənənə oruca başlamazdan əvvəl niyyət etməyin vacibliyini vurğulayır və dini baxımdan xüsusi mənaya malikdir.İlahiyyatçı Fazil Əhmədli Demokrat.az-a açıqlamasında bildirib ki, niyyət hər ibadətin, o cümlədən oruc ibadətinin də əsas tərkib hissəsidir:"İstənilən ibadət başlamazdan əvvəl niyyət edilməlidir. Əgər niyyət yoxdursa, həmin ibadət qəbul sayılmır. Hər ibadətin əvvəlində niyyət insanın Allah qarşısında niyyətini, məqsədini aydınlaşdırır. Məsələn, namaz qılarkən niyyət olunmalıdır ki, hansı namaz qılındığı məlum olsun – sübh, zöhr, əsr və ya digər müstəhəb namazlar. Hətta həcc ziyarətində belə niyyət önəmlidir. Niyyət insanın əməlinin dəyərini Allah yanında müəyyən edir. Eyni hərəkət zahirdə eyni görünə bilər, lakin niyyət fərqli olduqda savab da dəyişir. Məsələn, birinə yardım etməyin niyyəti sırf Allah razılığı üçündürsə, savab vardır, amma insanların təqdirini qazanmaq üçündirsə, bu fərqli niyyət sayılır".İlahiyyatçı bildirib ki, orucda da niyyət vacibdir. "Ramazan ayında insan oruc tutmazdan əvvəl niyyət etməlidir ki, Allahın vacib buyurduğu üçün oruc tutacaq. Niyyət ya əvvəlcədən bütün ay üçün, ya da hər gün axşam ayrı-ayrılıqda edilə bilər – hər iki halda icazəlidir. Niyyətin əsas məqsədi Allahın razılığını qazanmaqdır. Başqa məqsədlər, məsələn, uşağın uğuru, ev almaq və ya digər şəxsi arzular üçün tutulmuş oruc batil sayılır və savabı verilmir. Orucun düzgün niyyəti yalnız Allahın vacib buyurduğu ibadət üçün olmalıdır. Niyyət ibadətin qəbulunu təmin edən və onun dəyərini müəyyən edən əsas amildir. Əgər niyyət doğru deyilsə, oruc batil ola bilər. Əgər doğru niyyətlə tutulursa, oruc tam sayılır və savabı Allah tərəfindən verilir" - o bildirib. Qeyd edək ki, niyyət ibadətin qəbul olunmasının əsas şərtlərindən hesab edilir və orucun düzgün tutulması üçün əvvəlcədən niyyət etmək vacib sayılır.Həmçinin oxu:

'Bu qədər insanı niyə işsiz qoyuruq? Ailələrini necə dolandıracaqlar'

Mətanət Əsədova nadir xəstəliyə tutulub

Yumurta qaynadarkən suya diş çöpü atın — Səbəb təəcübləndirəcəkƏfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
53
demokrat.az

1Источники