Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Bakı, 18 fevral, AZƏRTAC
Bu ilin yanvar ayı ərzində fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 6,6 min vahiddən çox artaraq 2,2 milyon vahiddən çox olub.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 917, fiziki şəxslər üzrə 5 324, torpaq mülkiyyətçiləri üzrə isə 387 vahid artıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.