RU

Maska cərimələri silinməlidir - Deputatdan ÇAĞIRIŞ

2020-ci ildə bütün ölkələr kimi Azərbaycan da COVID-19 pandemiyasının ağır nəticələri ilə üz-üzə qaldı. Ölkə üçün bu dövr xüsusilə çətin idi. Çünki bir tərəfdən sərt karantin rejimi tətbiq olunur, iqtisadi və sosial imkanlar məhdudlaşırdı, digər tərəfdən isə ölkə müharibə şəraitində idi. Həm pandemiya, həm də hərbi vəziyyət cəmiyyət və dövlət üçün ciddi sınaq oldu. Pandemiya dövründə virusun yayılmasının qarşısını almaq məqsədilə qapalı məkanlarda və bir sıra açıq ərazilərdə tibbi maskadan istifadə məcburi idi. Qaydalara əməl etməyən şəxslər barəsində inzibati protokollar tərtib edilir, əsasən 100 manat məbləğində cərimə tətbiq olunurdu. Həmin dövrdə minlərlə vətəndaş maska taxmadığı üçün cərimələnmişdi. Bir çox insan isə hələ də həmin cərimələri ödəməyib və mygov.az-da ödənməmiş cərimə kimi görünməkdədir.

Hazırda isə bir çox insanı maraqlandıran əsas sual budur ki, pandemiya dövründə polis tərəfindən yazılan maska cərimələri silinə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Elşad Musayev bildirdi ki, bu cərimələrin tərtib olunma müddətindən, yəni elan olunma müddətindən, cərimə olan müddətdən xeyli vaxt keçib:

"Hesab edirəm ki, insanlarımızın həmin dövrdə ciddi stres keçirdiyini, ümumiyyətlə ölkənin böyük bir stres yaşadığını və bu vəziyyətdən digər ölkələrlə müqayisədə daha az itki və yaralarla çıxdığını nəzərə almalıyıq. Eyni zamanda vətəndaşlarımızın maddi durumunu da diqqətə almalıyıq. Mən hesab edirəm ki, bu cərimə məsələləri silinməlidir və insanlar həmin cərimələri ödəməməlidir. Heç bir halda o cərimələrin ödənilməsinə ehtiyac yoxdur. İndiki dövrdə, onsuz da kifayət qədər gərgin bir zamanda, ölkəmizə qarşı kənardan diqqətin artdığı, Azərbaycanı istəməyən qüvvələrin ölkə daxilində təxribat və gərginlik yaratmaq istədiyi bir mərhələdə əlavə olaraq cərimə məsələsini gündəmə gətirib daxildə narazılıq yaratmağa ehtiyac yoxdur. Hesab edirəm ki, müvafiq qurumlar bunu nəzərə almalı və bu cərimələr silinməlidir".

Nuriyyə NATİQQIZI

Избранный
87
1
redaktor.az

2Источники