RU

Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatının tarixi dəyişdirilib

Bakı, 18 fevral, AZƏRTAC

Bu il Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatının tarixi dəyişdirilib.

Beynəlxalq Çövkən Federasiyasından AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, yarış iyunun 7-14-də Binə Atçılıq Mərkəzində təşkil olunacaq.

Daha əvvəl turnirin iyunun 1-14-də keçiriləcəyi qeyd edilmişdi.

Mmundialda ümumilikdə 10 komandanın iştirakı gözlənilir. Bir komanda isə Beynəlxalq Çövkən Federasiyasının xüsusi dəvəti ilə turnirə qatılacaq.

Xatırladaq ki, bu, Azərbaycanda çövkən üzrə təşkil ediləcək 2-ci dünya çempionatı olacaq. Ölkəmiz bu yarışa daha əvvəl 2024-cü ildə ev sahibliyi edib.

 

Избранный
88
2
azertag.az

3Источники