RU

Çempionlar Liqasında hamıdan öndədi

Çempionlar Liqasının cari mövsümündə ən sürətli futbolçuların reytinqi açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, siyahıya “Mançester Siti”nin müdafiəçisi Abdukodir Xusanov başçılıq edir.

Gənc özbəkistanlı futbolçu saatda 35,8 km sürət yığaraq turnirin ən çevik oyunçusu olub. O, bu göstəricidə “Real”ın hücumçusu Kilian Mbappeni (35,67 km/saat) və “Yuventus”un yarımmüdafiəçisi Lua Opendanı (35,16 km/saat) arxada qoyub.

Siyahıda sonrakı iki yeri “Tottenhem”li Mikki van de Ven (35,11 km/saat) ilə “Liverpul”li Uqo Ekitike (34,91 km/saat) tuturlar.

Избранный
92
football-plus.az

1Источники